Bu yerə qədər marşrutu Google Maps-də göstər baxış sayı: 1124481

TƏSVİR

“İçərişəhər”, xalq arasında həm də “Qala” və ya sadəcə “Qədim şəhər” kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub(+. 221 000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.

Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII-IX əsrlər ərazisində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında “kristallaşma” dövrü başlamışdır.

(+1748-1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur(+. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır.

İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.

İçərişəhər tarix-memarlıq qoruğu Bakı şəhərinin Səbail rayonu ərazisində, Xəzər dənizi sahilindəki kiçik təpə üzərində yerləşir. Qoruq hündürlüyü 8-10 metr, eni 3,5 metr olan qala divarları ilə əhatə olunmuşdur(+. 1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib, 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.




VİRTUAL TUR